Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azərbaycan-Özbəkistan Birgə hökumətlərarası komissiyasının sədri dəyişib

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.

Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri dəyişib.

Bundan əvvəl komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini idi. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının iqtisadiyyat naziri bu komissiyanın sədri olacaq. Komissiyanın üzvləri sırasından isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini çıxarılıb.

Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Özbəkistan Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …