Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Azərbaycan Prezidenti Gürcüstana səfərə dəvət edilib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfərə dəvət edilib.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

O, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Prezident İlham Əliyev salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …