Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib

“Bu gün müharibə bitib. Azərbaycan Qarabağda sülh əməlləri həyata keçirdiyi halda, təəssüflər olsun ki, yenə də ölkəmizə qarşı informasiya müharibəsi davam etməkdədir”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.

Onun sözlərinə görə, dünya mediasına baxdıqda erməni lobbi təşkilatları tərəfindən yenə də Azərbaycana qarşı qarayaxma kampaniyalarının davam etdiyini görmək mümkündür: “Bu bir daha onu göstərir ki, bu kimi çirkin kampaniyalara qarşı birgə səylərimizi artırmalıyıq”.

Prezidentin köməkçisi bildirib ki, Qarabağ və Zəngəzur türk-islam mədəniyyətinin mərkəzlərindən biridir: “Oradakı dağıntıları da siz ötən il öz gözlərinizlə gördünüz. Biz Türk Dövlətləri Təşkilatı olaraq dünyaya əməkdaşlığı, xoş niyyətimizi təqdim edirik. Məqsədimiz də bundan ibarətdir”.

Check Also

Bu ilin mayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası …