Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası iyul ayında keçiriləcək

İyulun 4-5-də Nursultan şəhərində Qazaxıstan və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi planlaşdırılır.

Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib.

O əlavə edib ki, iclasda ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

“Bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edirik. Hazırda 2026-cı ilədək əməkdaşlığın inkişafı üzrə kompleks proqram hazırlanır. Pandemiyaya baxmayaraq, Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi artır, avireyslər, onlarla yanaşı isə işgüzar və insanlar arasında əlaqələr bərpa olunub”, – o deyib.

Səfir Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılacağını vurğulayıb: “Qazaxıstan öz tərəfindən işləri artıq tamamlayıb. Bu platforma ölkələrin biznes dairələri arasında müntəzəm dialoqa, iqtisadi-ticarət və investisiya əməkdaşlığının möhkəmləndirilməsinə xidmət edəcək”.

Check Also

TDT Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb

Bu gün Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) və Türk …