Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğız Respublikasına humanitar yardım göndərilib.

Boyukmillet.com xəbər verir ki, iyulun 16-da 40 min doza AstraZeneca peyvəndini daşıyan təyyarə Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanında eniş edib.

Yükü Azərbaycan tərəfdən – Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən – xarici işlər nazirinin müavini Əzizbek Madmarov, Səhiyyə və Sosial İnkişaf Nazirliyinin stats-katibi Japarkul Taşiyev və Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbara İşenapisova qəbul ediblər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Özbəkistana 50 min doza peyvənd  göndərib.

Check Also

Qazaxıstan XİN: Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq

Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar yalnız tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir. Boyukmillet.com …