Cümə axşamı , 2 May 2024
Drone Cameras

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti konfrans keçirəcək

Mayın 20-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti hesabat-seçki konfransı keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, tədbir saat 8:30-da, Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarətlə başlayacaq, daha sonra Şəhidlər Xiyabanını ziyarətlə davam edəcək.

“Excelsior” oteldə (H.Əliyev prospekti 2) saat 10:00-da işə başlayacaq konfransın gündəliyinə sədr və Nəzarət Təftiş Komissiyasının (NTK) hesabatının dinlənilməsi, təşkilatın yeni sədrinin, idarə heyətinin və NTK üzvlərinin seçilməsi, Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilən “Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanun” lahiyəsinin və bir sıra cari məsələlərin müzakirəsi daxildir. 40-a yaxın qiymətləndirici şirkətin nümayəndələrindən təşkil olunan konfransa müxtəlif dövlət təşkilatlarından, deputatlardan və qeyri-hökumət təşkilatlarından da qonaqlar dəvət olunub. 

Konfrans öz işini saat 14:00-da yekunlaşdıracaq. 

İştirakınıza görə hər birinizə təşəkkür edirik.

Hörmətlə, konfransa hazırlıq üzrə Təşkilat Komitəsi.

Check Also

Rəsulzadənin baxımsız vəziyyətdə olan heykəli hansı rayondadır? (FOTO/AÇIQLAMA)

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin bərbad vəziyyətdə olan heykəlinin fotoları yayılıb. …