Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Azərbaycan Qoşulmama Hərəkatına daha bir il müddətinə sədrlik edəcək

Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra Qoşulmama Hərəkatına üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Qoşulmama Hərəkatının aralıq dövr Nazirlər Konfransı ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, iyulun 13-14-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının (QH) “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda, virtual formatda aralıq dövr Nazirlər Konfransı keçirilib.

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …