Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan səfiri ABŞ-dəki türk dövlətlərinin səfirləri ilə görüşüb

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimlə Vaşinqtondakı türk dövlətlərinin diplomatik missiyalarının rəhbərləri arasında görüş olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.“Vəzifə müddəti başa çatmış möhtərəm səfir qardaşımız Murad bəy və İnci xanımla türk dövlətlərinin Vaşinqtondakı səfirləri olaraq toplandıq. Onlara vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə uğurlar diləyir, əmin-amanlıq və xoşbəxtlik arzu edirik.

Bir millət, iki dövlət”, – Xəzər İbrahim qeyd edib.Qeyd edək ki, Türkiyənin ABŞ-dəki səfiri Həsən Murad Mərcan 2021-ci ilin mart ayından bu vəzifədə çalışır. Yanvarın 12-də onun vəzifə müddəti başa çatır. Yanvarın 14-də isə o, təqaüdə çıxacaq.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …