Cümə , 17 May 2024
Drone Cameras

Azərbaycan səfiri Kolumbiya Prezidenti ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri Məmməd Talıbov Kolumbiyanın yeni seçilmiş Prezidenti Qustavo Petro ilə görüşüb.

Boyukmillet.com-un xəbərinə görə, səfir bu barədə tviter hesabında bildirib.

M.Talıbov qeyd edib ki, Kolumbiya Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını çatdırıb.

“Biz ikitərəfli münasibətlərimizin əhəmiyyətindən və əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən iqtisadi potensialından danışdıq”, – səfir qeyd edib.

Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri daha əvvəl Kolumbiyanın yeni Prezidentinin andiçmə mərasimində iştirak edib.

Kolumbiyada sol partiyaların “Tarixi Pakt” koalisiyasından ölkə Prezidenti seçilmiş Qustavo Petro avqustun 8-də dövlət başçısı səlahiyyətlərinin icrasına başlayıb.

O, Kolumbiyanın sol qüvvələrini təmsil edən ilk Prezidentdir. İyunun 19-da keçirilən seçkilərdə seçicilərin 50,4 %-i Petroya səs verib. Onun əsas rəqibi “Korrupsiyaya qarşı Hökmdarlar liqası” siyasi hərəkatını təmsil edən Rodolfo Hernandes isə 47,3 % səs toplayıb.

Check Also

Baş nazirin müavini: Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq

Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın Baş nazirinin müavini, …