Bazar , 15 Fevral 2026
Drone Cameras

Azərbaycan Trampın Sülh Şurasına üzvlüklə bağlı dəvətini qəbul edib

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olmaqla bağlı dəvətini qəbul edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Donald Tramp yanvarın 16-da Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək Azərbaycanı quruma təsisçi üzv dövlət olmağa dəvət edib:

“Azərbaycan həmin dəvəti qəbul edərək Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ-nin diqqətinə çatdırıb. Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ-yə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır”.

Check Also

19 azərbaycanlı ekspert həmkarları ilə görüşmək üçün ilk dəfə quru sərhədi ilə Ermənistana gedib

JAMnews-un materialı Tavuş–Qazax istiqamətində Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasından sonra ilk dəfə olaraq fevralın …