Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır

Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.

Onun sözlərinə görə, bununla bağlı qərar Bakıda keçirilən görüşlərdə qəbul olunub. “Gürcüstan-Türkiyə-Azərbaycan Parlament Assambleyasının yaradılması üzərində işləmək üçün mühüm qərar qəbul etdik. Bu, parlamentlər arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Assambleyanın yaradılması parlamentlərin xarici əlaqələr komitələrinin əmədakşlıq formatının nəticəsi olacaq, lakin bizim format paralel olaraq fəaliyyətini davam etdirəcək”.

N.Samxaradze deyib ki, xarici əlaqələr komitələrinin rəhbərlərinin növbəti illik toplantısının gələn ilin yazında Gürcüstanda keçirilməsi planlaşdırılıb.

Check Also

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək

İran səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …