Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Azərbaycan Türkmənistanla konteyner daşımalarında əməkdaşlığı genişləndirirtation

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” SC arasında beynəlxalq konteyner daşımaları üzrə Anlaşma Memorandumu imzalanıb.

Bu barədə ADY-dən bildirilib.

Məlumata görə, ötən gün Türkmənistanın paytaxtı Aşqabadda “Beynəlxalq nəqliyyat- tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf – 2023” 2-ci Beynəlxalq sərgi və konfransı işini başa çatdırıb. “ADY Konteyner”in təmsil olunduğu tədbirdə beynəlxalq daşımalar sahəsində yeni reallıqlar, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı, o cümlədən, logistika sahəsində müşahidə olunan rəqəmsallaşma tendensiyaları, tətbiq olunan innovativ həllər diqqət mərkəzində olub. Yeni əməkdaşlıq platforması Avrasiya regionunda konteyner daşımalarının səmərəli və sürətli təşkilinə önəmli töhfə verəcək. Konfrans çərçivəsində CASCA+ beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının növbəti görüşü keçirilib, tranzit imkanlarının yeni inkişaf perspektivləri müzakirə olunub.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …