Cümə , 10 May 2024
Drone Cameras

Azərbaycan üzgüçüləri dünya çempionatında mübarizəyə başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına start verilib.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan yarışda 4 idmançı ilə təmsil olunur.

Bunlar Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatimə Alkərəmova və Məryəm Şeyxəlizadəxangahdır.

Vəlizadə, Alquliyev və Alkərəmova bu gün, Şeyxəlizadəxangah isə dekabrın 18-də mübarizəyə başlayacaq.

Artıq Alkərəmova mundialda mübarizəyə start verib. O, 200 metr məsafəyə sərbəst üsulla üzmədə 2 dəqiqə 7,65 saniyə nəticə göstərib. Ümumi sıralamada 50 idmançı arasında 39-cu pillədə qərarlaşan üzgüçü finala yüksələ bilməyib. Alkərəmova 400 metr sərbəst üsulla üzmədə də qüvvəsini sınayacaq.

Vəlizadə 100 və 200 metr butterflay üsulu ilə üzmədə, Alquliyev 100 metr arxasıüstə və 400 metr qarışıq üzmə yarışında yer alacaq.

Şeyxəlizadəxangah isə 50 və 100 metr məsafəni butterflay üsulu ilə qət etməyə çalışacaq.

Qeyd edək ki, dünya çempionatı dekabrın 21-də başa çatacaq. Alquliyev bu gün 100 metr məsafədə arxasıüstə üzmədə, Vəlizadə isə 200 mert məsafəyə butterfly üsulu isə üzmə yarışında qüvvəsini sınayacaq.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …