Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclası başlayıb, 3 rayonun mina xəritəsinin verilməsi gözlənilir

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başlayıb.

Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.

Görüş İcevanla Qazax sərhədində keçirilir.

Məlumata görə, görüşdə işğaldan azad olunan 3 rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh sazişi istiqamətində işlərin sürətləndirilməsi məsələsinin müzakirəsi gözlənilir.

Xatırladaq ki, tərəflərin beşinci və sonuncu iclası keçən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …