Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə görüşüb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycanın və İranın dövlət başçılarının əlaqələrə verdiyi xüsusi önəm vurğulanıb, hər iki ölkənin dost və yaxın qonşu ölkə olaraq ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daha da artırılmasının önəmi qeyd olunub, məhkəmə və ədliyyə sahəsində görülən işlərdən, iki ölkənin ədliyyə nazirlikləri arasında mövcud olan səmərəli münasibətlərdən, hər iki ölkədə penitensiar sistemin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihələrdən söhbət açılıb.
Görüşdə həmçinin, iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, hüquqi məsələlərin həllində səylərin daha da artırılması, eləcə də məhkumların verilməsi, səfərlərin həyata keçirilməsinin və görüşlərin davam etdirilməsi, hüquqi yardım və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.