Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan və İran SES-lərlə bağlı işləri sürətləndirəcək

Azərbaycan və İran “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin icrasından irəli gələn məsələlər və atılacaq növbəti addımlar müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri Əli Əkbər Mehrabian arasında keçirilən geniş tərkibli görüşdə bildirilib.

Məlumata görə, hidroqovşaqlar və su elektrik stansiyaları ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb və inşa prosesinin tezliklə yekunlaşdırılmasının hər iki ölkə üçün əhəmiyyətli olacağı bildirilib.

Görüşdə iki ölkə arasında ortaq tarixi və dost münasibətlərin inkişafına dövlət başçıları tərəfindən xüsusi önəm verildiyi qeyd edilib. Bu yaxınlarda Azərbaycan və İran prezidentlərinin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində keçirilmiş görüşünün gələcək əməkdaşlıq üçün əhəmiyyətindən bəhs edilib.

Bir çox sahələrdə olduğu kimi ikitərəfli enerji əməkdaşlığı ilə bağlı da qarşıya mühüm vəzifələrin qoyulduğu və bu görüşün birgə həyata keçirilən enerji layihələrinin inkişafına töhfə verəcəyi bildirilib.

Müzakirələr zamanı iki ölkənin energetika sahəsində əməkdaşlıq gündəliyində olan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …