Drone Cameras

Azərbaycan və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazirlər ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər.

İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.

İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və bu çərçivədə əldə olunan razılıqların icrası təqdir edilib.

Tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təkan verdiyini qeyd ediblər. Nazir Ceyhun Bayramov həmkarının İrana səfər dəvətini məmnunluqla qəbul edib və səfərin yaxın zamanlarda həyata keçiriləcəyini bildirib.

Tərəflər, həmçinin regional vəziyyət və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …