Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycan və İsrail arasında sənədlər imzalanıb

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Rayzone Group” şirkəti arasında sənəd imzalanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

O qeyd edib ki, həmçinin “Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı” ASC ilə İsrailin su resurslarının idarə edilməsi sahəsində ixtisaslaşmış “Mekorot” şirkəti arasında imzalanmış sənədlər İsrailin qabaqcıl təcrübəsinin ölkəmizə transferi, texnoloji imkanların genişləndirilməsi, innovativ alətlərin tətbiqi üzrə yeni əməkdaşlıq platforması yaradacaq və hər iki tərəf üçün faydalı olacaq.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …