Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olub. Onlar Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun İdarə Heyətinin üzvləri ilə görüşüblər.

Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı ilə bağlı məsləhətləşmələr aparılıb.

Qeyd edək ki, Azərbaycan parlament nümayəndə heyəti Ankarada səfərdədir. Onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunublar.

Check Also

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər …