Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycan və Türkiyənin parlament sədrləri görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin (MM) sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, görüş Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Dünya Parlament Sədrlərinin 5-ci Konfransı çərçivəsində baş tutub.

TBMM sədri həmçinin Cənubi Koreya, Yəmən və Kamerundan olan həmkarları ilə də görüşüb.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …