Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyədə koronavirusun “Mü” ştamı qeydə alınıb

“Türkiyədə koronavirusun “Mü” ştamına iki yoluxma hadisəsi qeydə alınıb”.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında bildirib.

“Virusun yeni variantı olan “Mü” sadəcə iki hadisədə təsbit edilib. Pasiyentlərdə də əsasən “Delta” və “Delta+”un əlamətləri müşahidə olunur”, – nazir deyib.

Fəxrəddin Qoca vaksinasiyanın sayının artması ilə yoluxma hallarının azalacağını da qeyd edib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …