Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Azərbaycan və Yaponiya arasında parlamentlərarası əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiya Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Minoru Kiuçi ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin feysbuk səhifəsindəki paylaşımda deyilir.

“Bu il 12 yanvar tarixində səfir Gürsel İsmayılzadə Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü və Nümayəndəler Palatasının Xarici Əlaqələr Komitəsinin sədri cənab Minoru Kiuçi ilə görüşüb və ikitərəfli əlaqələrin, xüsusilə Azərbaycan və Yaponiya parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə müzakirələr aparıb”, – paylaşımda deyilir.

Check Also

Analitik: Böyük Britaniyaya regionda sülh lazımdır

 Bu ölkə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması istiqamətində müəyyən mənada iştirak edir “London regional güc balansında daha …