Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Azərbaycan və Yaponiyanın paytaxtları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib

Yaponiya və Azərbaycanın paytaxtları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin feysbuk səhifəsində bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Tokionun qubernatoru Koike Yuriko ilə görüşüb.

Görüşdə Azərbaycan və Yaponiya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, həmçinin Bakı və Tokio arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …