Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Azərbaycan vətəndaşı İstanbulda silahını təmizləyərkən ehtiyatsızlıqdan dünyasını dəyişdi

Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.

Boyukmillet.com-un xəbərinə görə, hadisə İstanbul şəhərində Beşiktaşdakı otellərdən birində, yerli vaxtla saat 23:00 radələrində baş verib.

Şahidlərin ilkin ifadəsinə görə N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsindən girib. Nəticədə N.Əliyev ağır yaralanaraq xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Check Also

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 …