Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycan vətəndaşları Gürcüstan banklarında ən çox depoziti olan əcnəbilərin ilk 3-lüyündədir

Azərbaycan vətəndaşları Gürcüstan banklarında ən böyük həcmdə depozit saxlayan əncəbilərin siyahısında III yeri tutur.

Ötən ilin dekabrına olan məlumata əsasən, Azərbaycan vətəndaşlarının pullarının ümumi məbləği 374 milyon lari (123,2 milyon ABŞ dolları) təşkil edir. Qonşu ölkə banklarında əcnəbilərin saxladığı ümumi depozitlərin 7 %-i Azərbaycan vətəndaşlarının payına düşür.

Gürcüstan banklarında ən çox pulu olan əcnəbilər isə Rusiya vətəndaşlarıdır. Onların əmanətlərinin həcmi 748 milyon lari (246,5 milyon ABŞ dolları) təşkil edir. Rusiyadan sonra ikinci mövqeni İsrail vətəndaşları 481 milyon lari (158,5 milyon ABŞ dolları) ilə tutur.

2022-ci ilin martına olan məlumata əsasən, Gürcüstan banklarında xarici depozitlər rekord səviyyəyə – 5,6 milyard lariyə qədər artıb. Bu, aylıq müqayisədə 330 milyon lari çoxdur.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …