Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan XİN başçısı UNESCO nümayəndələrini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissoonauth və Qvineya Respublikası, Konqo, Kot-d’İvuar, Niger, Benin, Toqo, Burkina Faso, Ekvatorial Qvineya, Cibuti, Qabonun UNESCO üzrə Milli Komissiyalarının baş katiblərini 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə məlumatlandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir qonaqları Azərbaycanın postmünaqişə dövründə bölgədə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanla sülh prosesi barədə məlumatlandırıb. Postmünaqişə dövründə Ermənistan tərəfindən sülh prosesinə maneçilik törədən hərbi-siyasi təxribatların törədilməsinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı olduğu diqqətə çatdırılıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …