Çərşənbə , 14 May 2025
Drone Cameras

Azərbaycan XİN: “Ermənistan tərəfi nifrət zəminində cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir”

“Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı açıqlamada qeyd edilib.

“Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycan bayrağını yandıran şəxsə qarşı cinayət işi açmaqdan imtina edib.

Check Also

UNICEF-in də Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır

Təşkilatın fəaliyyəti mərhələli şəkildə dayandırılacaq UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır. “Report”un məlumatına görə, bunu  UNICEF-in Avropa və …