Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura start verilib.
Boyukmillet.com xəbər verir ki, Voleybol Mərkəzində baş tutan açılış oyununda “Neftçi” klubu MOİK-lə üz-üzə gəlib. Qarşılaşma “ağ-qaralar”ın 3:0 (25:19, 25:19, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, bu qələbə ilə ilk 3 xalını qazanan “Neftçi” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 6 xalı olan “Murov” birinci, 3 xala sahib “Xarı bülbül” isə set fərqində “Neftçi”ni qabaqlayaraq 2-ci yerdədir. Bu gün məğlub olan MOİK komandası isə sonuncudur.
Qeyd edək ki, III turun yanvarın 27-də keçiriləcək son oyununda “Murov” və “Xarı bülbül” kollektivləri üz-üzə gələcəklər.
Bununla da I dövrədən yalnız bir matç keçirilməmiş qalacaq. II turdan təxirə salınmış “Xarı bülbül” – “Neftçi” qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.