Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan Zəngəzur yoluna bu səbəbdən “dəhliz” statusu İSTƏYİR

“Zəngəzur dəhlizi məsələsi gərək böyük ölçüdə həll olunsun. Çünki məsələyə iki yanaşma var: biz dəhlizin tərəfdaşıyıq. Dəhliz o deməkdir ki, sərhəddə yoxlanılmadan Ermənistan ərazisi ilə Naxçıvana keçməliyik”.


Boyukmillet.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın cənub-qərb hissəsini Naxçıvanla birləşdirəcək yolun statusu barədə danışarkən deyib.

E.Şahinoğlu qeyd edib ki, Ermənistan dəhlizin əleyhinədir və kommunikasiya xətlərinin açılmasını istəyir.


“Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları dəhlizə daxil olanda Ermənistan ərazisində bizim vətəndaşların yəqin ki, sənədlərini yoxlayacaqlar. Biz bunu yox, birinci variantı istəyirik. Hər bir halda Azərbaycan tərəfdən sərhəd və gömrük xidməti olacaq”.


Ekspert bildirib ki, dəhliz olsa, əslində buna ehtiyac yoxdur.


“Amma Ermənistan Zəngəzurda sərhəd postları qoyub bizim qatar və ya maşınları yoxlamaq istəsə, bu bir qədər başqa variant olacaq. Əgər bunu tətbiq eləmək istəsələr, Azərbaycan da mütləq şəkildə eyni işləri Laçın dəhlizində tətbiq edə bilər. Ümumiyyətlə, gərək Laçın dəhlizini artıq nəzarətə götürək. Nəzarətə götürmək qapatmaq demək deyil. Orada normalda bizim sərhəd və kömrük xidmətimiz olmalıdır. Bilməliyik ki, Azərbaycana kim daxil olur, kim çıxır. Hazıtrda oradan kim istəyir keçir və bu da Azərbaycana ciddi problemlər yaradır”-deyə, Elxan Şahinoğlu bildirib.


Qeyd edək ki, Azərbaycan Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində gömrük postları və sərhəd prosedurlarını həyata keçirəcək nəzarət-buraxılış məntəqəsi quracaq. Bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu Ermənistana yük aparan maşınların istifadə etdiyi əsas yoldur.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …