Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad olunub

Bu gündən Azərbaycana idxal edilən Aİ-92 benzini gömrük rüsumundan azad olunur.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərarı yanvarın 29-da Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

Qərar iyunun 1-dək qüvvədə qalacaq.

Check Also

Neft qiymətləri artır, bəs manatı nələr gözləyir? – MÜHÜM AÇIQLAMA

Dünya enerji bazarlarında baş verən dalğalanmalar, xüsusilə neftin qiymətində müşahidə olunan kəskin artım fonunda neft …