Cümə , 30 Yanvar 2026
Drone Cameras

Azərbaycana idxal olunan energetik içkilərdə təhlükəli maddə aşkarlanıb

Azərbaycana idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, laborator sınaqların nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qida məhsullarında istifadəsinə icazə verilməyən sildenafil maddəsi aşkar edilib.

Ümumi sayı 4 800 ədəd olan energetik içki xüsusi poliqonda məhv olunub.

Qeyd edək ki, sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər.

Check Also

“Taksi sürücüləri sərnişini mütləq ünvanda düşürməyə çalışmamalıdır”

Bakıda sürücülər sərnişini mütləq binanın və ya ünvanın qarşısında düşürməyə çalışmamalıdır. Boyukmillet.com “Report”a istinadla xəbər verir …