Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycana yaşı 10 ildən çox olan minik avtomobillərinin gətirilməsi dayandırılır

Nazirlər Kabineti istismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında qərar qəbul edib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …