Cümə , 3 May 2024
Drone Cameras

Azərbaycanda 181 din xadiminin fəaliyyətinə xitam verilib – RƏSMİ

“Azərbaycanda son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib: “Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib”.

G.İsmayılov üçüncü vakansiya ilə bağlı sənəd qəbulu başa çatdığını da bildirib.

Sədr müavini son bir il ərzindəki təyinatların statistikasını da açıqlayıb: “Son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib”.

Check Also

Allahşükür Paşazadə: İlk dəfədir Ramazan bayramı namazı bütöv Azərbaycanda qılınır

Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib. …