Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda 200 mindən çox vətəndaş COVID-19-a qarşı vaksinasiya edilib

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, strategiyaya əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir.

“Fevral ayının 23-nə olan məlumata görə, 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib. Vətəndaşlarımızı vaksinasiya prosesində aktiv iştirak etməyə çağırırıq. Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik”, – nazirlikdən bildirilib.

Xatırladaq ki, 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir. Unutmayaq ki, bütün dünyaya yayılmış COVID-19 xəstəliyinə qalib gəlmək üçün qısa zamanda kollektiv immunitet qazanılmalıdır. Bu səbəbdən də vaksinasiya edilənlərin sayının artması ölkəmizdə yayılan COVID-19 pandemiyasının sönməsinə səbəb olacaq

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …