Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda 25 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 25 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 318 sifariş qəbul edilib, bunun 40-ı elektron qaydada həyata keçirilib.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə qatılmaq imkanı hərraclarda iştirak prosedurunu daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir.

Budəfəki hərracda Avropa və Cənubi Koreya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 14 min manat olan “Land Rover Defender” markalı avtomobilə ən son təklif 3,5 dəfə çox artaraq 48,7 min manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 12 min manata olan “Hyundai İX-35” markalı nəqliyyat vasitəsi 21,2 min manata satılıb.

Bu hərracda satılan avtomobillər üzrə dövlət büdcəsinə 273,15 min manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33fTeQ )

Növbəti hərraclar 7, 10 mart tarixlərində keçiriləcək. Hərraclara 113 əmlak çıxarılacaq

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …