Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Azərbaycanda 690 bal toplayan tələbə yol qəzasında ölüb

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.

Boyukmillet.com xəbər verir ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb.

O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …