Bazar , 23 Fevral 2025
Drone Cameras

Azərbaycanda bəzi şəxslərə “Əks-göstəriş sertifikatı” elektron qaydada veriləcək

COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aşağıda qeyd olunan vətəndaşlar bu tətbiq vasitəsilə “Əks-göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.

-Hamilə qadınlar

-Dağınıq skleroz

-Süd verən analar

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.

Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.

Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …