Şənbə , 28 Mart 2026
Drone Cameras

Azərbaycanda dəhşətli qətl: Qayınata və qayınanasını güllələdi

Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib.

Boyukmillet.com xəbər verir ki, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb.

R. Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Check Also

Azərbaycana xəyanət edən “alim”in əsl siması: İqbal Əbilovun arxasında dayananlar

Bəzi marjinal qrup və platformaların təkidlə dırnaqarası tarixçi-alim kimi sırımağa çalışdıqları İqbal Əbilovun əslində əsas …