Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 21 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyon 121 min 283 ABŞ dolları dəyərində 1 milyon 435 min 665 ton yük daşınıb.

Boyukmillet.com xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,5 % və 0,03 % çoxdur.

Altı ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 41 min 626 ton (əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,4 % çox), dəyəri 63 milyon 24 min ABŞ dolları (31,7 % az) olub.

İdxal olunan yüklərin həcmi isə 1 milyon 394 min 39 ton (0,1 % az), dəyəri 1 milyon 58 min 259 ABŞ dolları (24,9 % çox) təşkil edib.

Check Also

Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi …