Bazar , 15 Noyabr 2026
Drone Cameras

Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qırğızıstanda beynəlxalq terror təşkilatının üzvü saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb.

N.R. adlı şəxs gizli qrup tərkibində MDB ölkələrindən birində terror aktı təşkil etməyə hazırlaşmaqda şübhəli bilinir.

“O, teleqramda gizli hesablar vasitəsilə hərəkət edib. O, beynəlxalq terror təşkilatlardan birinin emissarları tərəfindən koordinasiya edilib. Cinayət törətməyə cəhd etməzdən əvvəl N.R. qrup rəhbərinə sədaqət andı içib”, – məlumatda deyilir.

Qırğızıstan DMTK və tərəfdaş kəşfiyyat orqanları digər beynəlxalq terror təşkilatlarının iştirakçılarına qarşı araşdırma aparır.

Terror aktının hansı ölkədə həyata keçirilməsinin planlaşdırıldığı isə göstərilmir.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …