Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanda daha 3 551 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 551 yeni yoluxma faktı qeydə alınıb, 1 196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 388 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 344 603 nəfər müalicə olunaraq sağalıb, 5 279 nəfər vəfat edib. 38 555 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 982, bu günə qədər isə ümumilikdə 4 304 865 test icra olunub.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …