Bazar , 8 Fevral 2026
Drone Cameras

Azərbaycanda direktor koronavirusa yoluxdu: Daha iki məktəb bağlandı

Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Boyukmillet.com xəbər verir ki, , Şəki şəhər 9 nömrəli tam orta məktəb və Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə koronavirus xəstəliyinin (COVID-19) yayılması ilə bağlı dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbin direktoru və direktor müavini koronavirusa yoluxub.

Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb.

Şəki Şəhər Təhsil Şöbəsi məktəblərdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı  təsdiq edib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə də dərslərin distant formada keçirilməsi qərara alınıb.

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …