Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Azərbaycanda həyatı təhlükədə olan qadınların çevik mühafizəsi ilə bağlı layihə hazırlanıb

“Mühafizə orderlərinin tətbiqi ilə bağlı çətinliklər vardı. Bu da mühafizə orderi məsələsinin düzgün dərk edilməməsi və onun tətbiqi sahəsində nöqsanlarla bağlı idi”.

Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib.

O bildirib ki, bəzən verilən mühafizə orderləri hadisələrin sayına adekvat olmur: “Bir qayda olaraq qısa müddətli mühafizə verilir, təhlükə davam etdikcə uzunmüddətli mühafizə orderlərinin verilməsi gecikir. Bununla bağlı təkliflər paketi hazırlanıb. Bura zərərçəkmiş şəxslərin müdafiəsi üzə çevik və adekvat mühafizə mexanizminin yaradılması, pulsuz hüquqi yardım verilməsi daxildir. Paketlə bağlı dövlət qurumlarından, ictimaiyyət nümayəndələrindən müsbət rəy verilməsini və parlamentdə qəbul olunmasını gözləyirik”.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …