Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Azərbaycanda hasil edilən neftin 74 %-i Bakı-Tbilisi-Ceyhan kəmərilə dünya bazarlarına nəql edilib

İndiyənədək Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından 2023-cü ilin may ayının 1-nə qədər 573 milyon ton neft hasil edilib.

“İndiyə qədər yataqlar blokundan 208 milyard kubmetr qaz hasil edilib. X.Yusifsadə qeyd edib ki, indiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb”, – SOCAR-ın birinci vitse-prezidenti qeyd edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Check Also

Azərbaycan ötən il Avropaya 13 milyard kubmetrə yaxın qaz ixrac edib

Ötən il Azərbaycandan Avropaya təxminən 12,9 milyard kubmetr qaz ixrac olunub. Boyukmillet.com xəbər verir ki, bunu energetika …