Cümə , 17 May 2024
Drone Cameras

Azərbaycanda ilin idmançısı müəyyənləşib

Azərbaycanda ilin ən yaxşı idmançısı müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, bu, İdman Araşdırmalar Mərkəzinin “İlin Qalibləri-2021” layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

Avropa, dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı karateçi İrina Zaretska 20 səslə bütün rəqiblərini qabaqlayıb. Yunan-Roma güləşçisi Rafiq Hüseynov 15 xalla ikinci olub. Para-atlet Lamiyə Vəliyeva 6, sərbəst güləşçi Hacı Əliyev 5, cüdoçu İrina Kindzerska 4, boksçu Alfonso Dominges 2, qadın güləşçi Mariya Stadnik isə 1 səs toplayıb.

Qeyd edək ki, “İlin Qalibləri-2021” layihəsinin baş sponsoru “Azfar Group”, sponsoru Azərbaycanın ilk idman geyimi brendi “Il`Azero”, informasiya dəstəkçisi “Report”, təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …