Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda internet vasitəsilə narkotik satanları 12 ilədək həbs cəzası gözləyir

Azərbaycanda internet vasitəsilə narkotik satanları 12 ilədək həbs cəzası gözləyir.

Boyukmillet.com-un xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Sənəd layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …