Cümə , 3 May 2024
Drone Cameras

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, bu günə qədər isə ümumilikdə 2 690 711 test icra olunub.

Qeyd edək ki, ötən gün koronavirusa yoluxanların sayı 608 nəfər olub

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …