Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycanda koronavirusdan 503 nəfər sağalıb, 118 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 503 nəfər müalicə olunaraq sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 227 min 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 215 min 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 598 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 321 min 592 test aparılıb. Bugünkü test sayı isə 3 399-dur.

Check Also

Hacı Zeynalabdin qəsəbəsində şəhər xəstəxanasının binası söküləcək

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanasının köhnə binası söküləcək. Boyukmillet.com xəbər …