Bazar ertəsi , 7 Aprel 2025
Drone Cameras

Azərbaycanda məcburi köçkün statusu verilən şəxslərin siyahısının genişləndirilməsi təklif edilir

Azərbaycanda məcburi köçkün statusu verilə biləcək şəxslərin siyahısının genişləndirilməsi təklif edilir.

Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Sənəddə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a “atası “məcburi köçkün” statusuna malik olan, valideynləri boşandıqdan sonra anasının himayəsində qalmış və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara” da məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsinə dair təklif əksini tapıb.

Check Also

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın yaş senzi ləğv edilir

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddi müəyyən edilməyəcək. Boyukmillet.com xəbər verir …