Azərbaycanda minimum əmək pensiyası 280 manata çatdırılıb.
Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda öz əksini tapıb.
Belə ki, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılıb.
Qanun fevralın 1-dən qüvvəyə minib.
Qeyd edək ki, bu artım təxminən 100 mindən çox pensiyaçını əhatə edir.